Fevral ayından itkin düşmüş Lerik rayon sakininin meyiti tapılıb.

Unikal.org  report.az-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü İveri kənd sakini İsmayılov Amil Rəvvağ oğlunun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə olub.

Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.