“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov komandadan ayrılır.

Unikal.org xəbər verir ki, bu barədə məşqçi "Qəbələ" ilə final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib. 

“İki gün sonra klub rəhbərliyi ilə görüşüm olacaqdı. Yəqin ki, bu, mənim komanda ilə son oyunum idi” – Abbasov deyib. 

O, həmçinin “Sumqayıt”ın Avroliqada çıxış etməyə hazır olmadığını etiraf edib. 

Qeyd edək ki, “Sumqayıt” klubu bu gün Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub.