Türkiyə Super Liqasında mövsümün qalibi müəyyənləşib.

Unikal.org xəbər verir ki, sonuncu turda liderliyə iddialı "Qalatasaray" klubu öz meydanında "Başakşəhər"lə qarşılaşıb. 

Gərgin idman mübarizəsi şəraitində keçən görüş Fatih Terimin komandasının 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bu qələbə sayəsində "Qalatasaray" rəqibini 3 xal üstələyərək növbəti dəfə Türkiyə çempionu olub.