21 Sentyabr 2019
20 Sentyabr 2019
İqtidar və müxalifət bir araya gəldilər - FOTO
İqtidar və müxalifət bir araya gəldilər -FOTO DÜNYA 22:27 2019-05-19

Bu gün  Mustafa Kamal Atatürkün 1919-cu il mayın 19-da Samsunda milli mübarizəyə başlamasının 100-cü ildönümü münasibətilə Tütün İskelesində tədbir keçirilib.

Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı müxalifət nümayəndələri də iştirak edib. Belə ki, CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı, BBP lideri Mustafa Dəstici, Səadət partiyasının lideri Temel Karamollaoğlu, Vətən Partiyasının lideri Doğu Perinçek və digərləri də tədbirə qatılıblar. Tədbirdə diqqət çəkən məqam iqtidar və müxalifət nümayəndələrinin səmimi görüntüləri olub. 

Türkiyə prezidenti hər gün bir hiylənin qarşısını aldıqlarını söyləyib: "Gənclərimizin bu böyük oyunları görmələri məni çox sevindirir. Qurtuluş Savaşımızın baş komandanı, Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürkü hörmətlə yad edirəm. Atatürk 1 əsr öncə 19 mayda Samsuna Osmanlının ən bacarıqlı zabiti kimi ayaq basıb. Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsiplərinin eyni qalıb".

  • İqtidar və müxalifət bir araya gəldilər -FOTO