27 İyun 2019
26 İyun 2019
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi CƏMİYYƏT 22:45 2019-05-19

Azərbaycanın Şəmkir, Daşkəsən, Gədəbəy və başqa Qərb rayonlarında baş verən güclü külək və yağıntılar səbəbindən "Azərişıq" ASC bir sıra qabaqlayıcı tədbirlər görüb.

Unikal.org xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib:

"Hazırda Qərb zonasında yağış və ildırımla müşahidə edilən güclü külək əsir. Buna baxmayaraq, bu vaxta qədər hər hansı hadisə qeydə alınmayıb. Abunəçilərin elektrik enerjisi ilə fasiləsiz və davamlı təmin olunması üçün maksimum işlər görülür. Texniki Departamentin əməkdaşları maşın mexanizmlərlə fasilə yaranarsa aradan qaldırmaq üçün tam hazırdırlar".