Türkiyənin Qars bölgəsinin Sarıkamış rayonunda iki ailə arasında silahlı insident baş verib.

Unikal.org xəbər verir ki, Çamyazı kəndində torpaq sahəsi üstündə dava edən tərəflər silaha əl atıblar. Avtomatlardan açılan atəş nəticəsində 6 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti kritikdir. 

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.