17 Sentyabr 2019
16 Sentyabr 2019
Tacikistan həbsxanasında QİYAM: 32 nəfər öldürüldü
Tacikistan həbsxanasında QİYAM:32 nəfər öldürüldü DÜNYA 09:04 2019-05-20

Ötən gün gecə saat 20:30 radələrində Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada qiyam olub.

Unikal.org xəbər verir ki, Tacikistanın ədliyyə nazirinin müavini, Cəzaların icrası üzrə Baş İdarənin rəhbəri Mansurcon Umarov bildirib ki, qiyamı İŞİD-də üzvlülüyə görə cəzakən 50 məhbus tərəfindən törədilib. Onlar həbsxanada xidmət çəkən 3 zabiti girov götürüblər. Hadisədən sonra onlar hər üç zabiti öldürüblər. 

Ümumilikdə qiyamın yatırılmasında 29 məhbus həlak olub. Məhbuslardan 8-i toqquşmalar zamanı digər məhbuslar tərəfindən qətlə yetirilib.