16 İyun 2019
15 İyun 2019
Bakıda DƏHŞƏTLİ QƏTL: Oğul anasını öldürüb, meyitini yandırdı
Bakıda DƏHŞƏTLİ QƏTL:Oğul anasını öldürüb, meyitini yandırdı KRİMİNAL 10:00 2019-05-20

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.

Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.