16 İyun 2019
15 İyun 2019
Qazilər və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə - FOTOLAR
Qazilər və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə- FOTOLAR CƏMİYYƏT 12:15 2019-05-20

Gənclər və İdman Nazirliyinin dəstəyi,Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə baş tutan səfərin ilk günü qardaş respublikanın Samsun şəhərinə olub.

Unikal.org xəbər verir ki, qonaqlar  əvvəlcə Mustafa Kamal Atatürkün 100 il əvvəl gəldiyi əraziyə gedərək Samsun Limanında keçirilən təntənəli mərasimdə  iştirak ediblər. 

Nümayəndə heyəti daha sonra Mustafa Kamal Atatürk ve 18 silah yoldaşının  Milli Mücadələni başlamaq üçün Samsuna çıxışının 100-cü ildönmü münasibətiylə Cumhuriyyət Meydanında  keçirilən bayram tədbirlərinə qatılıblar. Tədbirdə  Gənclər və İdman Nazirliyinin əməkdaşı Elçin Nəcəfov,  Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli,  Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Azərbaycan Əfqanıstan Veteranları İB-nin sədri Məhəmməd Vəliyev, “525-ci qəzet”in baş redaktor müavini  Seyfəddin Hüseynli,Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədr müavini , İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qurbanları , Aprel qazilərii və Türkiyə Müharib Qazilər Dərnəyinin üzvləri ştirak ediblər. 

Atatürkü  Anma, Gənclik ve İdman  Bayramının qeyd olunması   Samsun Səhra  Səhiyyə  Okulu ve Tədris Mərkəzi Komandanlığının  Bölge Bando Taqımın müşayətiylə İstiklal Marşının oxunmasıyla başlayıb.

Tədbirdə Samsun valisi Osman Kaymak çıxış edərək  Gazi Mustafa Kemal Atatürkün 16 Mayda  İstanbuldan yola çıkarak, üç günə Samsuna çatmasıyla başlayan İstiqlal mücadələsinin əsası olan 19  Mayın tarixi əhəmiyyətindən danışıb. 

Bayram tədbirində Türkiyə Mehtər Bölüyünün və müxtəlif qrupların təqdim etdiyi konsert proqramı nümayiş etdidirilib. 

Mərasimdə Türkiyə Muharip Gaziler Dərnəyinin rəhbəri M. Şükrü Tandoğan və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli çıxış edərək hər iki dövlərin ortaq qayğılarından və uğurlarından danışıblar.

Türkiyəyə səfər çərçivəsində  Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri  Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib  . Ərdoğanın Samsunda verdiyi iftar süfrəsinə  qatılıblar. İftar süfrəsindən sonra Rəcəb Tayyib  Ərdoğanla səfər iştirakçılarının qısa söhbəti olub. Söhbətdə Emin Həsənli məlumat verib ki, iki qardaş ölkənin dövlət  qurumları arasında olam yüksək səviyyəli münasibətlər QHT-lər müstəvisində də uğurla inkişaf edir. Azərbaycan və Türkiyə qaziləri arasında qarşılıqlı səfərlərin təşkili 4 il əvəl başlanıb və uğurla davam etdirilir. Nümayəndə heyətimizlə səmimi söhbət edən   Rəcəb Tayyib  Ərdoğana Azərbaycan və Türkiyə Prezidentlərinin birgə rəsmi və digər hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib. 
Qeyd edək ki,  Türkiyə Cumhuriyyəti Cumhurbaşqanlığının rəsmi https://www.tccb.gov.tr  saytında prezdent Rəcəb Tayyib Ərdoğanın Samusnda səfərdə olan Azərbaycan qaziləri ilə görüşünü əks etdirən fotolar paylaşlıb. 

Səfər proqramının ikinci mərhələsində İstanbul şəhərində Türkiyənin müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə turulur. 


  • Qazilər və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə- FOTOLAR
  • Qazilər və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə- FOTOLAR
  • Qazilər və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə- FOTOLAR
  • Qazilər və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə- FOTOLAR