Həkim Məsut Issı uşaqlarının da yanlarında olduğu zaman avtomobildə vəkil həyat yoldaşı Müzeyyen Boylu Issı ilə mübahisə edib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, mübahisənin böyüməsiylə cütlük maşından düşüb. Əsəbləşən 45 yaşlı ər küçədə 47 yaşlı həyat yoldaşına 14 əl atəş açaraq öldürüb.  

Ətrafdakı sakinlər hadisəylə bağlı polisə məlumat verib. Hadisə yerinə polis əməkdaşları və səhiyyə işçiləri gəlib. Polis hadisənin baş verdiyi ərazidə olarkən güllələnən Müzeyyen Boylu Issının telefonuna zəng gəlib. Ancaq qadının telefonunu açıb verə bilən olmayıb. Araşdırmalardan sonra Müzeyyen Boylu Issının cənazəsi ekspertiza üçün xəstəxananın morquna aparılıb. Cinayəti törədən ər isə bir müddət sonra polis bölməsinə gedərək təslim olub.