Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, yol qəzası Bibiheybət məscidinin yaxınlığında qeydə alınıb.

Hadisə şahidləri qəzanın görüntüsünü redaksiyanın “qaynar xətti”nə göndəriblər.

Videodan da göründüyü kimi qəza törədən “Mercedes” markalı avtomobilin ön şüşəsi sınıb.