Mayın 19-da axşam saatlarında Azərbaycanın sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü, general-leytenant İsgəndər Həmidovun anidən vəziyyəti pisləşib.

Unikal.org xəbər verir ki, bu barədə İsgəndər Həmidovun köməkçisi bu gün sosial şəbəkədə yayıb.

Xəbərdə deyilir ki, sabiq nazir şiddətli ürək ağrıları və pristupu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər. Belə ki, İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılmağı məqsədəuyğun sayılıb. 

Xatırladaq ki, İsgəndər Həmidov ötən il dekabrın 4-də anidən vəziyyətinin pisləşməsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilmiş və həkimlərin anju etmək təklifini son anda rədd etmişdi.