Azərbaycan prezidenti Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayevanı qəbul edib
Azərbaycan prezidenti Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayevanı qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayevanı qəbul edib. Görüşdə Azərbaycanla Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanın, əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.
Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan xanım R. Otunbayeva Bakıda, Gəncədə və respublikanın digər regionlarında böyük infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olduğunu deyib.