Rusiyadakı supermarketlərdən birində iyrənc hadisə baş verib. 

Unikal.org  Rusiya mətbuatına istinadən xəbərə verir ki, market işçisi olan yaşlı qadın piştaxtanın üstündəki plakatda qiymətləri dəyişdirmək istəyib. Yaxınlıqda stol və ya nərdivan tapa bilməyən qoca  ət vitrinini açaraq ayaqyalın şəkildə ora çıxıb və plakatdakı qiymətləri dəyişməyə başlayıb. 

Onun satışda olan ətləri ayaqlamasını görən alıcılar həmin anı telefonun kamerasıyla lentə alıb.