23 Avqust 2019
22 Avqust 2019
4 ay əvvəl itkin düşən şəxs qar uçqunu altında qalaraq öldüyü məlum oldu
4 ay əvvəl itkin düşən şəxs qar uçqunu altında qalaraq öldüyüməlum oldu HADİSƏ 16:18 2019-05-20

Ötən gün Lerik rayonu ərazisində meyiti tapılan İveri kənd sakini, 1978-ci il təvəllüdlü İsmayılov Amil Rəvvağ oğlunun qar uçqunu altında qalaraq öldüyü məlum olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, dörd ay əvvəl itkin düşən şəxsin meyitinin tapıldığı yerin yaxınlığında sellofan torbada narkotik vasitə aşkar olunub.

Qeyd edək ki, fevral ayında itkin düşən A.İsmayılovun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə tapılıb.

Faktla bağlı araşdırma aparılır.