16 İyun 2019
15 İyun 2019
Koreya Prezidenti İlham Əliyevə məktub göndərdi
Koreya Prezidenti İlham Əliyevə məktub göndərdi SİYASƏT 17:33 2019-05-20

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Unikal.org  xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz uzun illər boyu müxtəlif sahələrdə əməkdaşlıq edərək dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirmişlər. Ümidvaram ki, ölkələrimiz arasında qarşılıqlı faydalı və gələcəyə yönəlmiş sıx əməkdaşlıq münasibətlərini daha da dərinləşdirəcək və gücləndirəcəyik. Əminəm ki, bu proses xalqlarımız arasında mövcud dostluğun daha da dərinləşməsinə böyük töhfə verəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı rifah arzu edirəm".