16 Sentyabr 2019
Məhkəmə hakimi DİN-ə müraciət etdi: polis rəisləri ilə bağlı
Məhkəmə hakimi DİN-ə müraciət  etdi:polis rəisləri ilə bağlı CƏMİYYƏT 18:06 2019-05-20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Unikal.org xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, zərərçəkmiş şəxslər məhkəməyə gəlməkdən imtina edirlər.

Bildirilib ki, polis idarələri məcburi gətirilmə haqqında qərarı icra etmirlər. Buna görə də məhkəmə qərarı icra etməyən polis rəisləri barəsində tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər. Cinayət işində 27 zərərçəkmiş var. Xatırladaq ki, V.Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.