16 Sentyabr 2019
Ukrayna hökuməti istefaya getdi
Ukrayna hökuməti istefaya getdi DÜNYA 19:26 2019-05-20

Ukraynanın baş naziri Vladimir Qroysman hökumətin istefa verdiyini bəyan edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, hökumətin çərşənbə günü keçiriləcək iclasından sonra vəzifədən gedəcəyini bildirən baş nazir Ali Radaya (parlamentə) seçkilərdə namizəd olacağını qeyd edib.

“Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik”, - V.Qroysman diqqətə çatdırıb.