İranda mayın 8-dən 19-a qədər təbii fəlakət nəticəsində 20 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, 2 nəfər sel nəticəsində, 18 nəfər ildırım vurması nəticəsində dünyasını dəyişib.