16 İyun 2019
15 İyun 2019
Zelenski ABŞ-dan kömək istədi: sanksiyaları sərtləşdirin...
Zelenski ABŞ-dan kömək istədi:sanksiyaları sərtləşdirin... DÜNYA 00:25 2019-05-21

Ukrayna prezidenti vəzifəsinin icrasına başlamış Vladimir Zelenski və Kiyevdə Birləşmiş Ştatların nümayəndələri görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər görüşün gedişatında "Rusiya təcavüzü"nə əks təsir məsələlərini müzakirə ediblər.

"ABŞ hər şeydən əvvəl Rusiya təcavüzünün öhdəsindən gəlməkdə Ukraynanın güclü və çox ciddi müttəfiqidir. Biz Donetsk hövzəsində və Krımda Rusiya təcavüzünün öhdəsindən sərbəst gəlməyi bacarmayacağıq. Buna görə szin köməyiniz lazımdır", - deyə Zelenski rəsmi Vaşinqtonu Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini davam etdirməyə çağırıb.