"Diriliş Ertuğrul" serialının baş rol ifaçısı Engin Altan Düzyatan  serialın mütəmadi izləyisi olan Mesut Özile tarixi bir hədiyyə verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o toy hədiyyəsi olaraq filmdə "Ertoğrul" olaraq geyindiyi zirehli geyimi Özilə bağışlayıb. 

"Arsenal"ın oyunçusu serialı izlərkən Londondakı evindən tez-tez paylaşım edir. Hətta nişanlısı Gülse ilə birlikdə serialın heyətini ziyarətə getmiş və  bütün qrupu təbrik etmişdi.