Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.

BŞİH-in Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Unikal.org-a açıqlamasında bildirib ki, bu barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib.

"Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək", - o qeyd edib.