21 Sentyabr 2019
20 Sentyabr 2019
MDB iştirakçı dövlətlərinin iclası keçiriləcək - FOTOLAR
MDB iştirakçı dövlətlərinin iclası keçiriləcək- FOTOLAR CƏMİYYƏT 17:12 2019-05-21

Mayın 23-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, tədbirdə MDB-yə üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin rəhbərləri, həmçinin MDB-yə üzv dövlətlərin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin, Mütəşəkkil Cinayətkarlığa və Digər Təhlükəli Cinayət Növlərinə Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosunun və MDB-nin sərhəd qoşunlarına rəhbərlik edən Şuranın əlaqələndirmə xidmətinin nümayəndələri iştirak edəcəklər.

İclasda region ölkələrinin gömrük xidmətlərinin hüquq-mühafizə sahəsindəki fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq, işçi qruplarının məruzələri dinləniləcək, əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

May ayının 21-dən etibarən artıq işçi qrupların iclasları başlayıb. İclaslarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, analitik informasiya və internet məkanında hüquqpozmalarla mübarizə sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunur.

Qeyd edək ki, bu Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin ölkəmizdə keçiriləcək sayca 4-cü iclasıdır.


  • MDB iştirakçı dövlətlərinin iclası keçiriləcək- FOTOLAR
  • MDB iştirakçı dövlətlərinin iclası keçiriləcək- FOTOLAR
  • MDB iştirakçı dövlətlərinin iclası keçiriləcək- FOTOLAR
  • MDB iştirakçı dövlətlərinin iclası keçiriləcək- FOTOLAR