Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar.

Təəssüratlarını Unikal.org-a bildirən Kürdəxanı sakini Telman Əliyev bildirib ki, bu görüş onun ailəsinin böyük sevincinə səbəb olub:

"Ailəmlə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşdük və Mehriban Əliyevanı evimizə çay süfrəsinə dəvət etdik. Heç gözləmirdik ki, birinci xanım və qızı ailəmizin qonağı olar. Mehriban xanım evimizə gələrkən gözlərimizə inanmadıq. O, çox sadə, mehriban, gülərüz bir insandır. Evimizə gəldi, samovar çayı dəmlədik. Qızı ilə bir süfrə arxasında söhbət etdik. Mən özüm şəkər xəstəsiyəm, işləmirəm. Amma bu görüş bizim ailə üçün bir hədiyyə oldu. Mehriban xanımla, Leyla xanımla həmsöhbət olmaq bütün ailəmizin sevincinə səbəb oldu".

Famil Fərhadoğlu