Bu gün Bakıda 17 yaşlı oğlan intihar edib.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, Nəsimi rayonu, Moskva prospektində 2002-ci il təvəllüdlü S.Quliyev özünü yaşadığı binanın 10-cu mərtəbəsindən ataraq intihar edib.

Sosial şəbəkədə yazılanlara əsasən, 17 yaşlı yeniyetmənin intiharına səbəb imtahanda az bal toplaması olub. O, intihar edəndə evdə heç kəs olmayıb.

Anası və bacısı isə intihar etdikdən sonra evə gəliblər.