Fransanın Montro-Fo-Yon  (Montereau-fault-Yonne) şəhərinin bələdiyə sədri uşaq artımı üçün qəribə qərar qəbul edib. 
Unikal.org
xəbər verir ki, bələdiyyə sədri əmr verib ki,  şəhərdə ailələrdə uşaqların sayını artırmaq üçün cütlüklərə pulsuz "viaqra" dərmanı paylanılsın. 
Şəhərin bələdiyyə sədri Jan Debozi "Uşaqsız qəsəbə ölü şəhərdir" deyərək mübahisə yaradan bir kampaniya başlayıb.


Debouzi bildirib ki, hələ dərman  tədarükünə başlamasalar da, yerli məclisin təsdiqini aldıqdan sonra cütlüklərə bu dərmanları paylanılacaq. 
Ancaq bələdiyyə sədrinin bu qərarı müzakirələr və sərt reaksiyalara səbəb olub. Belə ki, "Viaqra"nın insan sağlamlığına ciddi ziyan vuracağını bildiriblər və buna reaksiya veriblər. 
Qəsəbəsnin vətəndaşları Fransada "viaqra"nın sadəcə həkim resepti ilə alındığını bildiriərək, bələdiyyənin tibbi nəzarətə baş vurmadan belə bir addım atmasının təhlükəli olduğunu bildiriblər.  
Məlumatlara görə, 2018-ci ildə Fransadakı doğum nisbəti 2017-ci illə müqayisədə 2.6 faiz azalıb. 


Bildirilir ki, bu göstərici İngiltərə, Almaniya və ABŞ ilə müqayisədə nisbətən yüksək olsa da,  ölkədəki doğum nisbəti əvvəlki illərə görə azalıb. 
Qeyd edək ki, Montro-Fo-Yon  (Montereau-fault-Yonne) şəhəri bu ilin yanvar ayında Azərbaycanla dostluq bəyannaməsi imzalayıb. 
Qeyd edək ki, Fransann Montro-Fo-Yon şəhəri ilə Azərbaycan arasında imzalanan sənədə şəhərin keçmiş meri Ceyms Şeron və Azərbaycan Respublikasınnı Fransadakı səfiri Rəhman Mustafayev imza atıblar. 
Ötən il isə Türkiyənin Aydın şəhəri ilə qardaşlaşıb. 
Montro-Fo-Yon   Fransanın şimalındakı Seine-et-Marne Seine-et-Marne departamentində yerləşir. Şəhərin əhalisi 20 min nəfərə yaxındır.