Xəbər veridiyimiz kimi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrların mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə aid olan hissəsində onlar üçün yaradılmış xüsusi əraziyə buraxılması mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər qonaqlar iştirak ediblər.

Unikal.org xəbər verir ki, Leyla Əliyeva tədbir çərçivəsində yerli sakinlərlə də görüşüb. Təndir çörəyi bişirən nənələrlə səmimi şəkillər çəkdirib.