Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Tofiq Muxtasanov I ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə əldə edib.

Unikal.org  xəbər verir ki, şagird ona verilən bütün suallara tam düzgün cavab yazaraq maksimum nəticə - 400 bal toplayıb.

Qeyd edək ki, T.Muxtasanov bu qrup üzrə ən yüksək nəticə əldə edən yeganə abituriyentdir.