Son mövsümü Qətərin "Əl-Qarafa" klubunda forma geyinən Uesli Sneyder həyat yoldaşı Yolante Kabau ilə boşanmaqdan vaz kemib.  O aktrisa və aparıcı olan həyat yoldaşı ilə barışmaq üçün bütün vasitələrə əl atır. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hollandiyalı futbolçu "Analar günü"ndə xanımının başçılıq etdiyi "Free A Girl" dərnəyinə 2 milyon avro  pul bağışlayıb. Hollandiya mətbuatının məlumatına görə, Sneyder bu yolla həyat yoldaşının könlünü almağı düşünür. 

Bildirilir ki, Sneyder Kabauya xəyanət etdiyi üçün onların münasibətləri mart ayında gərginləşib. İddiaya görə, münasibətlərin pisləşməsinə səbəb tək xəyanət deyil. Futbolçu daha sonra onu vurub. Holland yarımmüdafiəçi bununla bağlı açıqlamasında "Evliliyi mən batırdım. Birdən çox səhv etdim, çox peşmanam" demişi. Həyat yoldaşı isə indiyədək heç bir açıqlama verməyib. Kabaunun boşanma sənədlərini imzalamadığı və gözləmə mövqeyi tutduğu deyiir. Boşanma gerçəkləşəcəyi halda Sneyder xanımına 19 milyon avro (17 milyon manat) təzminat ödəyəcək.
 
Qeyd edək ki, Kabaunun qurucusu olduğu "Free A Girl" fondu dünyada minlərlə qızı əxlaqsızlığa cəlb edən qruplaşmalardan qoruyur.