26 İyun 2019
25 İyun 2019
UEFA-da Bakıdakı finalla bağlı xəbərdarlıq
UEFA-da Bakıdakı finalla bağlı xəbərdarlıq İDMAN 13:47 2019-05-23

UEFA İngiltərənin "Arsenal" klubuna xəbərdarlıq edib. 

Unikal.org "The Mirror"a istinadən xəbər verir ki, qurum "Arsenal"ı Bakıda "Çelsi" ilə keçirəcəyi Avroliqanın final matçında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb. UEFA-nın belə addım atmasına səbəb fanatların istənilən protestlərinin qarşısını almaqdır. 

Xatırladaq ki,UEFA bundan pncə də  Polşanın "Legiya" (Varşava) klubunu azarkeşlərin açdığı plakata görə cərimələmişdi. Belə ki,  azarkeşlər "Futbol yox, pul daha vacibdir" plakatı açaraq şüarlar səsləndirmişdi. 

Qeyd edək ki, oyun isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.