20 İyun 2019
Teymur Əmrahın ŞOK TOY QİYMƏTİ
Teymur ƏmrahınŞOK TOY QİYMƏTİ MƏDƏNİYYƏT-ŞOU 16:20 2019-05-23

Əməkdar artist Teymur Əmrahın toy məclislərində çıxış üçün tələb etdiyi qonorarın məbləği bəlli olub.  

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bütöv toyun idarə edilməsi üçün istədiyi qiymət 15 min manatdır.

Toy barədə kaprizli olan sənətçi el məclislərinə seçim edərək, gedir. Məclislərdə onu öz ansamblı müşayiət edir.

Qeyd edək ki, Azərbaycanda ən bahalı toya gedən ifaçılar Əməkdar artist Röya Ayxan və müğənni Nuri Sərinləndiricidir. Röya toylarda yarım saatlıq çıxış üçün 7 min manat, Nuri isə bütöv toyu idarə etməyə 20 min manat tələb edir.