UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya 30 min nəfərdən artıq turistin gəlməsi gözlənilir. 

Unikal.org xəbər verir ki, bu barədə Xəzər TV-yə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Nazir bildirib ki, oyunun ən yüksək səviyyədə keçirilməsi və gələn əcnəbilərin qəbulu üçün bütün hazırlıqlar tamamlanıb. 

A.Rəhimov oyunla bağlı spekuliyasiyalara toxunaraq Azərbaycanın idmanın siyasiləşdirilməsindən daim uzaq olduğunu deyib.

"Bakı UEFA Avropa Liqasının final oyununa tam hazırdır. Bütün təşkilaçılıq məsələləri tamamlanıb və artıq Bakı komandaların, çoxsaylı əcnəbi azarkeşlərin gəlişi gözləyir".