20 İyun 2019
19 İyun 2019
Şabranda oğurluq edən şəxs tutulub
Şabranda oğurluq edən şəxs tutulub KRİMİNAL 19:05 2019-05-24

Şabranda oğurluq edən şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının əvvəlində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan 2350 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Əhmədxan Qurbanov saxlanılıb.

Dindirilmə zamanı Ə.Qurbanov törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalarla məlum olub ki, o, tanışı Emin Dadaşovla birlikdə həmin evə gecə vaxtı pəncərədən daxil olaraq, zərərçəkmişə məxsus pulları qanunsuz olaraq ələ keçiriblər. Sonra həmin pulları Bakıya gedərək orada xərcləyiblər.