20 İyun 2019
19 İyun 2019
İnterpol azərbaycanlı barədə beynəlxalq axtarış elan etdi
İnterpol azərbaycanlı barədə beynəlxalq axtarış elan etdi KRİMİNAL 20:50 2019-05-24

İnterpol Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsi axtarışa verib.

Unikal.org xəbər verir ki, axtarışa verilən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Xalid Tağıyev qəsdən adam öldürməkdə günahlandırılıb.

X.Tağıyev barəsində cinayət işi başlansa da, o, istintaqdan yayınıb. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib və barəsində axtarış elan edib.

İnterpol həmin qərar əsasında X.Tağıyev barəsində beynəlxalq axtarış elan edib.