Paytaxtın Yasamal rayonunda yanğın qeydə alınıb.

Unikal.org  xəbər verir ki, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində "Hyundai Sonata" markalı avtomobil dayandığı yerdə alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülüb, xəsarət alan yoxdur.

Hadisə zamanı yolda sıxlıq da müşahidə edilib.