20 Sentyabr 2019
Müxalifət ABŞ-dakı səfirlik binasını ələ keçirdi
Müxalifət ABŞ-dakı səfirlik binasını ələ keçirdi DÜNYA 09:31 2019-05-25

Venesuela Milli Assambleyasının müxalifətçi lideri Xuan Quaidonun nümayəndəsi Karlos Vekkyo bildirib ki, tərəfdarları ölkənin Vaşinqtondakı səfirliyinin binasına nəzarəti ələ keçiriblər.

Unikal.org xəbər verir ki,  o bu barədə öz "Twitter" səhifəsində yazıb:

"Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır", - deyə o bildirib.Karlos Vekkyo qeyd edib ki, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduro tərəfdarı - Amerika fəallarının binaya vurduğu ziyan qiymətləndirilir.Onun sözlərinə görə, dəymiş ziyanın həcmi böyükdür, müxalifətə diplomatik nümayəndəlik binasının tam bərpası üçün uzun zaman tələb olunacaq.