Meksikanın Miçoakan ştatında yanmış avtomobildə 5 cəsəd aşkarlanıb.

Unikal.org  “Excelsior” portalına istinadən xəbər verir ki,  yanan avtomobil barəsində məlumatı polisə Uruapan və Los-Reyes şəhərləri arasında hərəkət edən digər sürücülər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədlərdən ikisini avtomobilin salonunda, daha üç nəfərin yanmış meyitini isə yük yerində aşkarlayıb.

Meksikanın Baş Prokurorluğu cəsədlərin 80 faiz yandığını və onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına ehtiyac duyulduğunu açıqlayıb.

Məlumata görə, avtomobilin tapıldığı ərazinin yaxınlığında bir neçə gün əvvəl iki cinayətkar qrup arasında qarşıdurma olub. Nəticədə 10 nəfər öldürülüb, daha 3 nəfər yaralanıb.