20 İyun 2019
19 İyun 2019
Bakıda döyülərək öldürülən oğlanın meyiti tapıldı
Bakıda döyülərək öldürülən oğlanın meyiti tapıldı KRİMİNAL 11:00 2019-05-25

Bakıda gənc oğlan öldürülüb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən binanın zirzəmisində üzərində xəsarətləri olan kişi meyiti aşkar edilib.

Hadisə barədə məlumat daxil olan kimi dərhal Nəsimi rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib və müvafiq ekspertizalar təyin olunub.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Mahir oğlu Əliyev olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı O.Əliyevin döyülməsi nəticəsində almış olduğu xəsarətlərdən öldüyü məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.