Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu  əməliyyyat tədbiri keçirilib.

 “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirlər planına uyğun olaraq çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini Vüsal Vəliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 3-16 santimetr uzunluqda 40 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.