“Musa Yaqub xəbəri eşidib sevindiyindən kövrəldi”.

Unikal.org xəbər verir ki,  bunu Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.

O, bildirib ki, Musa Yaqub xəbəri öyrənəndə sevincdən kövrəlib: “Xəstəliyi davam edir deyə özünü bir qədər narahat hiss elədi, hazırda dincəlir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Musa Yaquba Xalq şairi adı verilib.