16 İyun 2019
15 İyun 2019
"Arsenal" erməni futbolçusunu satmağa hazırlaşır
"Arsenal" erməni futbolçusunu satmağa hazırlaşır İDMAN 15:23 2019-05-25

İngiltərənin "Arsenal" klubu Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanı yay transfer dövründə satmağa hazırdır.

Unikal.org  "The Sun" nəşrinə istinadən xəbər verir ki, "topçular"ın rəhbərliyi 30 yaşlı yarımmüdafiəçinin Premyer Liqada özünün pik formasına çıxa bilməyəcəyini düşünür.

Mxitaryan "Arsenal"a 2018-ci ilin yanvarında "Mançester Yunayted"də 34 milyon avroya keçib. Cari mövsümdə o, 39 oyuna 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Erməni futbolçunun "Arsenal"la 2021-ci ilin yayınadək müqaviləsi var. O, "Çelsi" ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməməyə qərar verib.