İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir  ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi xəbər verib.

Xəbərə görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 14:50-də Cavanrud rayonunun 19 kilometrliyində qeydə alınıb.

Təlafat barədə məlumat verilmir.

Xatırladaq ki, ötən ilin noyabr ayında İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.