27 İyun 2019
26 İyun 2019
Güclü külək Qax kəndlərinə ziyan vurdu
Güclü külək Qax kəndlərinə ziyan vurdu HADİSƏ 21:22 2019-05-25

Qax rayonunda güclü külək irigövdəli ağacları aşırıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, axşam saatlarında əsən güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini qırıb.

Nəticədə rayonun Qorağan, Zəyəm, Lələli, Tasmalı və Turaclı kəndlərində elektrik enerjisi kəsilib.

Qax Elektrik Şəbəkədən "Report"a verilən məlumata görə, hazırda əraziyə şəbəkənin əməkdaşları cəlb olunub, fəsadların aradan qaldırılaraq adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsi üçün iş aparılır.