“Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə bağlı yeni qərar verib. Belə ki, klub "imperator"la müqaviləni uzadıb.

Unikal.org Türiyə mətbuatına istinadən xəbər verir ki, Terimlə imzalanan yeni müqaviləyə əsasən o, daha 5 il İstanbul təmsilçisini çalışdıracaq. Bu barədə klubun prezidenti Mustafa Çengiz “Qalatasaray”ın 22-ci Super Liqa çempionluğunu qeyd olunması mərasimində açıqlama verib: 

“Daha öncə ürəklərdə atılan imzanı kağız üzərinə köçürmək istəyirik. Fatih Terimlə yeni 5 illik müqavilə imzalayırıq. Bu 5 illik imza 5-ci ulduzun əskik olan qanadlarıdır”.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də “sarı-qırmızılar”ı çalışdıran F.Terim 2017-ci ildə İstanbul nəhənginə qayıdıb.