Sakit okeanda Yaponiyaya məxsus iki gəmi toqquşub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Qəza nəticəsində gəmilərdən biri batıb. 

Batan gəminin göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Yalnız gəminin kapitanı xilas edilib. 

İlkin məlumata əsasən, qəzaya qatı duman səbəb olub. Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.