19 Avqust 2019
18 Avqust 2019
Laricani yenidən spiker seçildi
Laricani yenidən spiker seçildi DÜNYA 16:58 2019-05-26

Əli Ərdaşir Laricani yenidən İran parlamentinin spikeri seçilib.

Unikal.org xəbər verir ki, parlamentin bu gün keçirilən açıq sessiyasında iştirak edən 274 deputatdan 155-i onun sədrliyinin lehinə səs verib. Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs toplayıb. 

Qeyd edək ki, Əli Ərdaşir Laricani 2008-ci ildən İran parlamentinin sədridir. O, İranın ali dini lideri Ayətulla Xameneyinin Milli Təhlükəsizlik üzrə İran Ali Şurasındakı nümayəndəsi, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh şəxs olub.