İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Respublika günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdiyi gündən bəri İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki qonşu ölkə kimi öz qədim tarixi mədəni və dini ortaqlıqlarına söykənərək, yüksək səviyyəli əlaqələr və gözəl qonşuluq münasibətləri nümayiş etdirib, eləcə də müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməklə iki ölkə xalqının rifah və tərəqqisinin daha artıq yüksəlməsi, regionda sülh və sabitliyin möhkəmləndirilməsi işinə töhfələr vermək barədə qərarlı olduqlarını göstəriblər. Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqına isə rifah və səadət arzulayıram”