İslama qədərki dövrdə insanlar gözmuncuqlarının qeyri-adi qüvvəyə malik olduğuna inanırdılar.

Unikal.org xəbər verir ki, bu səbəbdən övladlarının paltarlarına belə muncuqlar asırdılar ki, həmin daş-qaşlar övladlarını bəd nəzərdən qorusun. Halbuki, gözmuncuqları rəngli daşlardan ibarət maddələrdir. Maddənin isə insanları hər hansı təhlükədən qoruma kəyfiyyəti yoxdur. Yəni övladlarımızın paltarlarından asdığımız muncuqlar hər hansı bəlanın qarşısını ala bilmir.
İslam alimləri oğlan övladlarımızın paltarlarından üzərində “Maşallah” (Allah (c.c.) istəsə bundan daha yaxşısını yaradar) yazılmış gümüşdən, qız övladlarımızın üzərində isə qızıldan asqılar asmağımızı məsləhət görüblər.
Günə bir dua
Allahım!
Mənə Sənin mərhəmətini qazandıracaq, məni Sənin əfvinə layiq hala gətirəcək əməllər işləməyi,
günahların hər cüründən uzaq durmağı, könlümün bütün xeyirlərə müştaq hala gəlməsini,
cənnətə qovuşub, cəhənnəmdən qurtarmağı nəsib etməni diləyirəm!