Bu gün “Arsenal” klubu Bakıda ilk məşqini keçirib.

Unikal.org xəbər verir ki, hazırlıq prosesi "Bakcell Arena"da baş tutub. 

Qeyd edək ki, "Arsenal" Avroliqanın final oyunu üçün Bakıya 24 futbolçu gətirib. London təmsilçisi mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə "Çelsi" ilə qarşılaşacaq.