Kanadada bir qrup uşaq parkda dəhşət saçıblar. 

Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, hadisə Kanadanın Saskatoon şəhərindəki Pleasant Hill Parkında baş verib. Bir qrup uşaq soyuducu daşıyan adamı təhqir etməyə başlayıb.  Uşaqlar parkdan keçən şəxsə daş və ağac dəyənəklərlə hücum çəkib. Onlara bu hərəkətinə görə xəbərdarlıq edən  qadını da təpikləməyə başlayıblar. 

York Universitetində araşdırma aparan professor Debra Replerin baş verən hadisəyə belə münasibət bildirib: "Bir uşaq təcavüzkar bir hərəkət edərsə, digərləri də onu nümunə götürür və onu izləyir. Bu da ilk hücum edən uşağın daha təcavüzkar və həyəcanlı olmasına səbəb olur. Ancaq, qrup tərəfindən hərəkət etdikləri üçün "məntiqsiz" davranışlar sərgiləyə bilirlər".